Logo

Coğrafiya və riyaziyyat fənləri üzrə işçi qruplarının iclasları keçirilib

03.02.2023 18:09 171 baxış
IMG

Bu gün Dövlət İmtahan Mərkəzində coğrafiya və riyaziyyat fənləri üzrə işçi qruplarının iclasları keçirilib.

DİM-dən "Tehsil.biz"ə bildirilib ki, gündəlik məsələ coğrafiya fənnindən 7 iyul 2022‑ci il tarixində, riyaziyyat fənnindən isə 22 may 2022-сi il tarixində ali təhsil müəssisələrinə keçirilmiş qəbul imtahanlarında istifadə edilmiş tapşırıqların müzakirəsi olub.

Hər iki fənn üzrə imtahanlarda istifadə edilmiş test tapşırığının imtahan nəticələrinin statistik göstəriciləri əsasında çətinlik dərəcəsi, qabiliyyət göstəricisi və mövzulara uyğunluq baxımından təhlili aparılıb.

Coğrafiya fənnindən tapşırıqların müzakirəsi başa çatıb. İşçi qrupunun rəyinə görə tapşırıqlar müvafiq fənn kurikulumunun təlim nəticələri və qüvvədə olan dərsliklər əsasında hazırlanmış qəbul proqramına tam uyğundur. Tapşırıqlarda elmi-metodiki səhvlər yoxdur. Tapşırıqlar vasitəsilə abituriyentlərin bilik və bacarıqlarının obyektiv yoxlanılması və qiymətləndirilməsi mümkün olub.

Müzakirə nəticəsində abituriyentlərin imtahanda zəif cavablandırdığı tapşırıqlar müəyyənləşdirilib. Həmin tapşırıqlara dair izahlar “Abituriyent” jurnalının 2-ci sayında dərc ediləcək. Həmçinin müzakirələrdə bildirilmiş redaktə xarakterli düzəlişlər test banklarının təkmilləşdirilməsində nəzərə alınacaq.

10 fevral 2023-cü il tarixində müzakirələr davam etdiriləcək.

Xəbər lenti