Logo

Məktəblilərlə Qarabağ qaziləri arasında görüş keçirilib - FOTO

03.02.2023 16:28 434 baxış
IMG

2 Fevral - Gənclər Günü münasibətilə Şəmkir şəhər C.Rüstəmov adına tam orta məktəbin şagirdləri və II Qarabağ müharibəsi qaziləri arasında görüş keçirilib.

Tehsil.biz xəbər verir ki, görüşün keçirilməsində məqsəd Vətən müharibəsində yaralanmış qazilərimizi, onların göstərdikləri igidlik və şücaəti uşaq və gənclərə tanıtmaq, onları vətənə məhəbbət ruhunda tərbiyə etməkdən ibarət olub.

Qazilər müharibə ilə bağlı xatirələrindən, göstərdikləri igidliklərdən bəhs ediblər, şagirdləri maraqlandıran sualları cavablandırıblar.

Tədbir şagirdlərin təşkil etdiyi konsert proqramı ilə davam edib.

Xəbər lenti