Logo

Lənkəran-Astara Regionalı üzrə sınaq imtahanın nəticələri təhlil olunub - FOTO

03.02.2023 12:42 746 baxış
IMG

Fevralın 2-də Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində olan Lənkəran rayonu üzrə ümumtəhsil müəssisələrinin cari tədris ilində təhsil alan IX sinif şagirdləri üçün buraxılış imtahanlarına hazırlıq məqsədi ilə regiondaxili sınaq imtahanın nəticələri təhlil edilib.

Tehsil.biz xəbər verir ki, görüş zamanı buraxılış və qəbul imtahanlarında nəticələrin yüksəldilməsi ilə bağlı ümumi müzakirələr aparılıb. Şagirdlərdə imtahan vərdişlərinin artırılması və zəif nəticə göstərən şagirdlərin diqqətdə saxlanılması məktəb direktorlarının nəzərinə çatdırılıb.

Qeyd edək ki, Lənkəran rayonu üzrə 2576 IX sinif şagirdindən 2560 nəfəri sınaq imtahanında iştirak edib.

Buraxılış fənləri üzrə sınaq imtahanı Lənkəran-Astara Regional Təhsil İdarəsinin əhatə dairəsində olan 6 rayon üzrə 43 mərkəzdə keçirilib.

Növbəti günlərdə digər rayonlar üzrə statistik təhlillərin keçirilməsi nəzərdə tutulur.

Xəbər lenti