Logo

ADBTİA-da yubiley yarışının qalibləri təltif edilib - FOTOLAR

03.02.2023 12:28 351 baxış
IMG

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) professor-müəllim heyəti və əməkdaşları arasında təşkil olunan stolüstü tennis, mini-futbol və nərd turnirinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib.

Tehsil.biz xəbər verir ki, akademiyanın konfrans zalında baş tutan tədbirdə İdman işləri üzrə prorektor Fərid Mansurov və elmi katib Bəxtiyar Rüstəmov mükafata layiq yer tutan iştirakçıları təbrik edərək onlara gələcək yarışlarda uğurlar arzulayıblar.

Daha sonra qaliblərə mükafatlar təqdim edilib.

Xəbər lenti