Logo

Pedaqoji Universitetin tələbələri təltif edilib

03.02.2023 11:48 282 baxış
IMG

2 Fevral – Azərbaycan Gəncləri Günü münasibəti ilə keçirilən tədbirlər çərçivəsində il ərzində ölkənin ictimai həyatında fərqlənən gənclər müxtəlif qurumlar tərəfindən mükafatlandırılıblar.

Tehsil.biz xəbər verir ki, belə gənclər arasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) də bir çox tələbəsi var.

Belə ki, ADPU Tələbə Gənclər Təşkilatının (TGT) sədri Təhmasib İmaməliyev Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) tərəfindən 2022-ci il ərzində ölkədə ictimai və sosial əhəmiyyətli, o cümlədən könüllü fəaliyyətin təşkili və bu fəaliyyətin həyata keçirilməsində fəal iştirakına görə "İlin Tələbə Gənclər Təşkilatı sədri" adına layiq görülüb, Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən "Heydər Əliyev İli" çərçivəsində 2 Fevral - Gənclər Günü münasibəti ilə mükafatla və Səbail rayon Gənclər və İdman İdarəsi tərəfindən 2022-ci ildə ictimai fəaliyyət sahəsində əldə etdiyi nailiyyətlərə görə 2 Fevral - Azərbaycan Gəncləri Günü münasibətilə Fəxri Fərmanla təltif olunub.

ADPU TGT-nin sədr müavinləri Bikəxanım Qulaməddinova və Günay İsmayılova ATGTİ tərəfindən 2022-ci il ərzində proqram əsaslı uğurlu fəaliyyətə verdiyi xüsusi töhfələrə görə 2 Fevral - Azərbaycan Gəncləri Günü münasibəti ilə “İlin TGT nümayəndəsi” adına layiq görülmüşlər.

ADPU TGT-nin sədr köməkçisi Rizvan Mahmudov və ADPU TGT-nin mətbuat katibi Elmira Babayeva Səbail Rayon Gənclər və İdman İdarəsi tərəfindən 2022-ci ildə ictimai fəaliyyət sahəsində əldə etdiyi nailiyyətlərə görə 2 Fevral - Azərbaycan Gəncləri Günü münasibəti ilə Fəxri Fərmanla təltif ediliblər.

ADPU Könüllüləri Təşkilatının sədr köməkçisi Aytən Abdullayeva isə Nəsimi Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanı ilə təltif olunub.

Qeyd edək ki, həmçinin fevralın 2-də ADPU rəhbərliyinin gənc əməkdaşlar və fəal tələbələrlə görüşü çərçivəsində universitetij yüksək akademik göstəriciləri ilə fərqlənən 12 nəfər, ictimai fəaliyyətdə fərqlənən 31 nəfər tələbəsi Fəxri Fərmanla təltif olunub.

Xəbər lenti