Logo

UNEC tələbəsinin məqaləsi beynəlxalq elmi konfransın toplusunda dərc olunub

23.02.2021 16:38 401 baxış
IMG

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq İqtisadiyyat Məktəbinin 3-cü kurs tələbəsi Məhəmməd Kekalov və UNEC müəllimi Turan Süleymanovun həmmüəllifi olduqları məqalə İqtisadi və Sosial İnkişaf (ESD) üzrə beynəlxalq konfransın toplusunda dərc olunub.

 

Bu barədə UNEC-dən məlumat verilib. Bildirilib ki, müəlliflərin “Avropa İttifaqı təcrübəsi əsasında Azərbaycanda sosial biznes ekosisteminin inkişaf etdirilməsi” mövzusunda apardıqları araşdırma beynəlxalq konfrans iştirakçılarına təqdim edilib.

 

Məqalə "Web of Science" portalında indekslənəcək.

Xəbər lenti