Logo

AzMİU müəllimləri və tələbələri Qarabağ İqtisadi Rayonunda tikinti-quruculuq işlərinə cəlb olunacaqlar - FOTO

03.02.2023 11:12 332 baxış
IMG

Fevralın 2-də Ağdam Konfrans Mərkəzində “Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsi ilə Azərbaycan Memarlıq və İnşaat Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb.

Tehsil.biz xəbər verir ki, memorandumu AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova və “Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsinin icraçı direktoru Övsət Həmidov imzalayıblar.

Memorandumda AzMİU müəllimlərinin və tələbələrinin, universitetin Layihə İnstitutunun əməkdaşlarının Qarabağ iqtisadi rayonunun ərazisində böyükhəcimli tikinti-quruculuq layihələrinə cəlb olunması, AzMİU məzunları üçün karyera imkanları, birgə konfrans və simpoziumların təşkili, təcrübə mübadiləsi və digər məsələlər əks olunub.

AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova əməkdaşlığın hər iki qurum və ümumilikdə ölkəmiz üçün əhəmiyyətinə diqqət çəkərək qeyd edib ki, işğaldan azad olunan ərazilərdə aparılan tikinti-quruculuq işləri "Böyük Qyıdış"a inamı daha da artırıb. Rektor vurğulayıb ki, bəzi ölkələrin məsələyə ikili yanaşa sərgiləməsinə rəğmən Prezident İlham Əliyevin siyasi iradəsi və yüksək idarəetmə bacarığı ilə azad olunmuş ərazilərimiz sürətlə bərpa edilir.

“Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsinin icraçı direktoru Övsət Həmidov hazırda icra edilən və nəzərdə tutulan layihələr haqqında danışaraq AzMİU ilə əməkdaşlığın önəminə toxunub. Xidmət rəhbəri qeyd edib ki, ölkənin meamarlıq və tikinti sahəsi üzrə əsas ali təhsil müəssisəsi ilə əməkdaşlıq azad olunan ərazilərdə işləriin daha da sürətlə həyata keçirilməsinə imkan verəcək.

Daha sonra iki qurumun nümayəndə heyətinin də iştirakı ilə müzakirə təşkil olunub, memorandumda əks olunan istiqamətlər üzrə görüləcək işlər haqqında fikir mübadiləsi aparılıb.

Xəbər lenti