Logo

“Rezidentura” xüsusi buraxılışının 1-ci nömrəsi nəşr edilib

03.02.2023 10:32 284 baxış
IMG

Dövlət İmtahan Mərkəzi (DİM) “Rezidentura” xüsusi buraxılışının 1-ci nömrəsini nəşr edib.

DİM-dən "Tehsil.biz"ə bildirilib ki, bu nömrədə Azərbaycan Respublikasında rezidenturaya qəbul qaydaları, rezidentura üzrə ixtisas seşimi cədvəli, baza fənləri üzrə qəbul proqramları, qəbul imtahanında istifadə olunmuş bəzi test tapşırıqlaının izahı və tövsiyələr, test tapşırığı nümunələri və s. məlumatlar Azərbaycan və rus dillərində təqdim olunub.

Kitabları "Abituriyent" satış köşkündən (Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28), həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək mümkündür.

Xəbər lenti