Logo

Gömrük Akademiyasının tələbələri tədbirdə iştirak ediblər - FOTO

02.02.2023 23:29 357 baxış
IMG

Bakı Gənclər Mərkəzində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Sabunçu Rayon İcra Hakimiyyəti və Bakı Gənclər Mərkəzinin birgə təşkilatçılığı ilə 2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda tədbir keçirilib.

Tehsil.biz xəbər verir ki, tədbirdə dövlət qurumları, ictimaiyyət nümayəndələri, Vətən müharibəsi iştirakçıları ilə yanaşı Dövlət Gömrük Komitəsinin Akademiyasının tələbələri də iştirak ediblər.

Tədbir zamanı Azərbaycan gənclərinin günümüzün müasir, inkişaf etmiş, yüksək intellektli qüvvə kimi formalaşmasında Ulu Öndərin əvəzsiz rolundan,  cənab Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən gənclər siyasətindən bəhs edilib.

Xəbər lenti