Logo

"Gənclər Paytaxtı 2023” layihəsinin açılışı olub - FOTOLAR

02.02.2023 21:13 113 baxış
IMG

Fevralın 2-də Mingəçevir şəhərində "Gənclər Paytaxtı 2023” layihəsinin açılış mərasimi keçirilib.

Tehsil.biz xəbər verir ki, Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə rəsmi şəxslər, rayon ictimaiyyətinin nümayəndələri və Mingəçevirin fəal gəncləri iştirak ediblər.

Tədbirdə Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli, gənclər və idman naziri Fərid Qayıbov, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov və Mingəçevir Dövlət Universitetinin tələbəsi Narıngül İbrahimova çıxış ediblər.

Mərasimdə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2023-cü il Gənclər üçün Prezident mükafatlarına layiq görülmüş gənclər təbrik edilib, alqışlanıblar. Sonra 2022-ci ildəki uğurlu fəaliyyətə görə Binəqədi, Xəzər və Gəncə Gənclər Evləri xüsusi mükafata layiq görülüblər. Həmçinin təhsil, mədəniyyət, ədəbiyyat, IT, tibb və digər sahələrdə fərqlənən gənclərə mükafatlar təqdim olunub. 

Sonda gənclər və idman naziri Fərid Qayıbov Gənclər Paytaxtının rəmzi açarını Tovuzdan təhvil alaraq Mingəçevirə təqdim edib. Həmçinin Mingəçevirin 2023-cü ilin Gənclər Paytaxtı seçilməsi münasibətilə şəhərin loqosu təqdim olunub.

Tədbir gənc musiqiçilərin ifasında bədii hissə ilə davam edib.

Xəbər lenti