Logo

Peyvənd olunanların sayı açıqlanıb

02.02.2023 17:47 213 baxış
IMG

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 193 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan "Tehsil.biz"ə verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 63, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 35, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 86, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 9 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 943 049, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 402 469, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 877 147, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 398 143, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 265 290 nəfər təşkil edir.

Xəbər lenti