Logo

Bu məktəblər də koronavirus səbəbi ilə bağlandı - RƏSMİ

23.02.2021 15:43 1117 baxış
IMG

Azərbaycanda koronavirusla (COVID-19) əlaqəli distant təhsilə keçən məktəblərin sayı məlum olub.

 

Təhsil Nazirliyindən bildirib ki, fevralın 22-dək distant təhsilə keçirilmiş siniflərin sayı 84-dür:

 

“Distant təhsilə keçirilmiş məktəblərin sayı dörddür. Gigiyena və Epidemiologiya mərkəzlərinin qərarına əsasən, distant təhsilə keçirilmiş təhsil müəssisələri Respublika İncəsənət Gimnaziyası, Bakı şəhəri 82 nömrəli, Gəncə şəhəri 37 nömrəli və Ağdam rayonu Əfətli kənd tam orta məktəbləridir”.

Xəbər lenti