Logo

Peşə təhsili almaq istəyənlər üçün "Açıq qapı" günü elan edilib

02.02.2023 16:18 299 baxış
IMG

Peşə Təhsili üzrə Dövlət Agentliyi sənaye istiqaməti üzrə peşə təhsili almaq istəyənlər üçün Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə "Açıq qapı" günü elan edir.

Agentlikdən "Tehsil.biz"ə bildirilib ki, "Açıq qapı" fevralın 8-i saat 10:00-dan 16:00-dək keçiriləcək.

Tədbir iştirakçıları peşə təhsilinin yaratdığı imkanlar haqqında daha geniş məlumat almaqla yanaşı, ustad dərsləri və karyera məsləhəti ala biləcək, peşələrlə real mühitdə tanışlıq imkanı əldə edəcəklər.

Xəbər lenti