Logo

Tələbələr Gənclər Günü münasibətilə keçirilən yürüşdə iştirak ediblər - FOTO

02.02.2023 15:35 229 baxış
IMG

2 Fevral - Azərbaycan Gəncləri Günü mü‌nasibətilə yürüş təşkil olunub.

Tehsil.biz xəbər verir ki, yürüşdə Gənclər və İ‌dman Nazirliyi, Gənclər Fondu və gənclər təşkilatlarının nümayəndələri, həmçinin könü‌llü‌lər ilə yanaşı Dövlət Gömrük Komitəsinin Akademiyasının tələbələri də iştirak ediblər.

Gənclər Fəxri xiyabana gələrək Azərbaycan dö‌vlətinin memarı və qurucusu Ümummilli lider Heydər Əliyevin xatirəsini anıb, məzarı önünə gül dəstələri düzüblər. Daha sonra I və II Şəhidlər xiyabanlarını ziyarət edən gənclər vətənimizin bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Xəbər lenti