Logo

BDU-nun 14 komandası “TEKNOFEST-2023”ün növbəti mərhələsində

02.02.2023 13:41 291 baxış
IMG

Bakı Dövlət Universiteti (BDU) “TEKNOFEST-2023” festivalında fəal iştirak edəcək.

Tehsil.biz xəbər verir ki, BDU-nun festivala qatılacaq 14 komandasının müxtəlif kateqoriyalar üzrə təqdim etdiyi 23 layihə yarışmanın ilk mərhələsini keçərək növbəti mərhələyə vəsiqə qazanıb.

Qeyd edək ki, “TEKNOFEST-2023” festivalı 16-19 mart tarixlərində İzmir, 27 aprel – 1 may tarixlərində İstanbul, 30 avqust – 3 sentyabr tarixlərində isə Ankara şəhərində keçiriləcək.

İlk dəfə Türkiyə sərhədlərindən kənarda “İki Dövlət, Tək Millət, Tək Festival” şüarı ilə 2022-ci ilin may ayında Azərbaycanda təşkil olunan “TEKNOFEST Azərbaycan” festivalında BDU 14 layihə ilə təmsil olunub. BDU-nu təmsil edən komandalar Aqrar texnologiyalar kateqoriyası üzrə II, Sosial yönümlü texnologiyalar kateqoriyası üzrə isə III yerə layiq görülüb.

Xəbər lenti