Logo

Xəzər Universitetində Nizami Gəncəviyə həsr olunmuş inteqrativ onlayn dərs keçirilib

23.02.2021 14:14 422 baxış
IMG

Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə elan edilmiş “Nizami Gəncəvi İli” ilə bağlı Xəzər Universitetinin Dillər və ədəbiyyatlar departamentinin tərcümə qrupunun I kurs tələbələrinə “Nizami Gəncəvi “Xəmsə”sinin verdiyi dərslər” mövzusunda inteqrativ onlayn dərs keçirilib.

 

Bu barədə Tehsil.biz-ə universitetdən məlumat verilib. Bildirilib ki, fənn müəllimi Qardaşxan Əzizxanlı Nizami Gəncəvi haqqında ədəbiyyat tariximizin ilk monumental epik şeirinin banisi kimi danışıb.

 

Universitetin İngilis dili və ədəbiyyatı departamentinin müdiri Bəhmən Əmani “Xəmsə”nin finalı “İsgəndərnamə”də humanizm ideyalarının təntənəsindən söz açıb.

 

Dillər və ədəbiyyatlar departamentinin müdiri Dilbər Zeynalova şairin yaradıcılığını dünya ədəbiyyatı kontekstində nəzərdən keçirməyin vacibliyini qeyd edib.

 

Tələbələrdən Afina Hacıyeva, Rüfət Həsənli də Nizami poeziyası ilə bağlı fikirlərini söyləyiblər.

Xəbər lenti