Logo

Bu şəxslərə hərbi xidmətdən möhlət veriləcək - DƏYİŞİKLİK

23.02.2021 13:59 937 baxış
IMG

Azərbaycanda doktoranturaya qəbul üzrə ilk imtahandan müvəffəqiyyətlə keçən çağırışçılara hərbi xidmətdən möhlət veriləcək.

 

Tehsil.biz-in məlumatına görə, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb.

 

Dəyişikliyə əsasən, doktoranturaya qəbul üzrə ilk imtahandan müvəffəqiyyətlə keçən çağırışçılara hərbi xidmətdən 3 ay möhlət veriləcək.

 

Qanuna dəyişiklik üçüncü oxunuşda səsverməyə qoyularaq qəbul edilib.

Xəbər lenti