Logo

BANM-in daha 21 tələbəsi Tələbə Evinə yerləşdirilib

31.01.2023 19:56 496 baxış
IMG

Bakı Ali Neft Məktəbinin növbəti 21 tələbəsi Tələbə Evinə yerləşdirilib.

Tehsil.biz xəbər verir ki, BANM-in rektoru Elmar Qasımov həmin tələbələrlə görüşüb.

Rektor qeyd edib ki, Bakı Ali Neft Məktəbinin Tələbə Evi tamamilə ödənişsizdir və burada tələbələrin yaşaması üçün hər cür şərait yaradılıb. Sonra tələbələrlə fikir mübadiləsi aparan Elmar Qasımov onlara tövsiyələrini verib.

Daha sonra həmin tələbələrə Tələbə Evində davranış qaydaları ilə bağlı təlim keçirilib.

Qeyd edək ki, bu tələbələr Bakı Ali Neft Məktəbinin müxtəlif ixtisasları üzrə II, III və IV kurslarında təhsil alırlar.

Xəbər lenti