Logo

Lənkəran Peşə Liseyi ilə Xəzər Palace MMC arasında əməkdaşlıq müqaviləsi imzalanıb

23.02.2021 13:17 126 baxış
IMG

Lənkəran Peşə Liseyi və Xəzər Palace MMC arasında Turizm sahəsində kadr hazırlığı ilə bağlı əməkdaşlıq müqaviləsi imzalanıb.

 

Tehsil.biz xəbər verir ki, əməkdaşlığın başlıca məqsədi liseyin məzun və tələbələrinin işlə təmin olunmasına dəstək verməkdən ibarətdir.

        

Əldə olunan razılaşmaya əsasən işəgötürən təşkilatın mütəxəssisləri Lənkəran Peşə Liseyində tədris işlərinə cəlb olunub.

 

15 fevraldan etibarən Peşə Təhsilində istehsalat təlimi və təcrübələrinin əyani formada başlamasını nəzərə alaraq, Lənkəran Peşə Liseyinin "Turizm sahəsində iaşə üzrə mütəxəssis" ixtisası üzrə tələbələri istehsalat təcrübələrini işəgötürənin bazasında keçməyə başlayıb.

Xəbər lenti