Logo

Son sutkada Azərbaycanda 35 nəfər koronavirusa yoluxub, 4 nəfər ölüb

31.01.2023 16:31 301 baxış
IMG

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 35 yeni yoluxma faktı qeydə alınıb, 54 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan "Tehsil.biz"ə verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 4 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 827 944 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 817 654 nəfər müalicə olunaraq sağalıb, hazırda 205 aktiv xəstə var. Bu günə qədər 10 085 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 256, bu günə qədər isə ümumilikdə 7 487 550 test icra olunub.

Xəbər lenti