Logo

Xaricdə klinik ordinatura təhsili almış şəxslərin növbəti imtahanlarının vaxtı açıqlanıb

31.01.2023 14:50 349 baxış
IMG

2011-ci ildən sonra xarici ölkələrdə klinik ordinatura təhsili almış və 07.12.2022-ci il tarixinədək qeydiyyatdan keçmiş şəxslərin imtahanlarının keçirilməsi davam etdirilir.

Səhiyyə Nazirliyindən "Tehsil.biz"ə bildirilib ki, növbəti imtahanlar 4 aprel tarixindən etibarən keçiriləcək.

İmtahanın yeri və keçirilmə tarixi barədə məlumat vətəndaşın imtahana buraxılış vərəqəsində qeyd olunacaq. Buraxılış vərəqəsi imtahana ən geci 5 gün qalmış şəxsi kabinet vasitəsilə göndərilir.

Qeydiyyatdan keçmiş şəxslər diplomlarının etibarlılığı Səhiyyə Nazirliyinin Kadr Məsələləri üzrə Komissiyası tərəfindən yoxlanıldıqdan sonra imtahanda iştirak edə bilərlər.

Xəbər lenti