Logo

Masallıda kitabxana işçilərinin seminarı keçirilib

31.01.2023 11:13 493 baxış
IMG

Yanvarın 30-da Masallı rayon Mərkəzi Kitabxanasında kitabxana işçilərinin seminarı keçirilib.

Tehsil.biz xəbər verir ki, əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Seminarı giriş sözü ilə açan kitabxananın direktor əvəzi Zamin Məmmədov gündəlikdə duran məsələlər barədə iştirakçılara məlumat verib. Sonra  görülmüş işlərin hesabatı dinlənilib və 2023-cü ildə keçiriləcək tədbirlərlə bağlı müzakirələr aparılıb.

Xəbər lenti