Logo

Mədəniyyət nazirinin birinci müavini Şəkidə vətəndaşları qəbul edəcək

30.01.2023 20:49 421 baxış
IMG

Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən Azərbaycan Respublikasının mədəniyyət naziri vəzifəsini müvəqqəti icra edən Adil Kərimli tərəfindən 2023-cü il fevralın 17-də saat 10:00-da Şəki şəhər Heydər Əliyev Mərkəzində (Şəki şəhəri, Heydər Əliyev prospekti 216) əsasən Şəki şəhəri, Oğuz, Qax, Zaqatala, Balakən rayonlarından olan vətəndaşların qəbulu keçiriləcək.

Nazirlikdən "Tehsil.biz"​​​​​​ə bildirilib ki, vətəndaşlar fevralın 13-dək nazirliyin [email protected] elektron poçt ünvanı, (012) 493-30-02 telefon nömrəsi vasitəsi ilə və vatsap xidmətinə (0 777 147 147) müraciət etməklə qəbula yazıla bilərlər.

Xəbər lenti