Logo

Azərbaycanlı tələbə NASA-nın saytında xəta aşkarladı

30.01.2023 19:21 385 baxış
IMG

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İnformasiya Təhlükəsizliyi ixtisasının 2-ci kurs tələbəsi Hüseyn Qadaşov National Aeronautics and Space Administration saytında xəta olduğunu aşkarlayaraq NASA-ya bu barədə rəsmi məlumat verib.

Tehsil.biz xəbər verir ki, sözügedən qurum UNEC tələbəsinin bildirişindən sonra xətanı aradan qaldırıb.

Tapılan boşluqda saytın error mesajindan sonra NASA-nın SQL bazası, server və drayver haqqında məlumatları əks olunurdu.

Bu boşluq daxilində yerləşən məlumatları əldə edən bədniyyət şəxslər NASA-nın infrastrukturu və serverlərinə qarşı təhlükə yaradaq, haker  hücumları törədə bilərdilər.

Xəbər lenti