Logo

Magistratura imtahanlarının nəticələri AÇIQLANDI

30.01.2023 18:11 263 baxış
IMG

Dövlət İmtahan Mərkəzi (DİM) magistraturaya qəbul olmaq istəyənlər üçün yanvarın 29-da keçirilmiş sınaq imtahanının nəticələrini bu gün saat 17:00-dan etibarən elan edib.

DİM-dən "Tehsil.biz"ə bildirilib ki, hər bir iştirakçı Mərkəzin internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilər. Bakalavrlar imtahan nəticələri barədə məlumatı, iş nömrələrini mobil telefonla 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

Qeyd edək ki, sınaq imtahanında iştirak etmək üçün qeydiyyatdan keçmiş 566 nəfərdən 28 nəfər imtahana gəlməyib.

Xəbər lenti