Logo

“Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda dəyirmi masa keçirilib

30.01.2023 17:38 324 baxış
IMG

Yanvarın 30-da Masallı Tarix-Diyarşünaslıq Muzeyi, Gənclər və İdman İdarəsi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) Masallı nümayəndəliyinin birgə təşkilatçılığı ilə “2 fevral  Azərbaycan Gəncləri Günü”nə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda dəyirmi masa keçirilib.

Tehsil.biz xəbər verir ki, muzeydə keçirilən tədbirdə təşkilatçı müəssisələrin əməkdaşları ,qazilər və gənclər iştirak edib. Əvvəlcə şəhidlərin əziz xatirəsi  bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri giriş  sözü ilə açan muzeyin direktoru Əntiqə Tağıyeva Gənclər Günü münasibəti ilə bütün Azərbaycan gənclərini  təbrik edərək “2 fevral  Azərbaycan Gəncləri Günü”nün tarixindən danışıb.

Sonra  Masallı Gənclər və İdman İdarəsinin rəisi Sabiq Cahangirov, qazi Talıb Qəzənfərli, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Masallı nümayəndəliyinin direktoru Aynur Tağıyeva, GİKM-nin Masallı nümayəndəliyinin tədbirlər və layihələr üzrə  mütəxəssisi Məlik Nuriyev mövzu ilə bağlı fikirlərini ifadə ediblər.

Yekunda bir qrup gəncə təşkilatçılar tərəfindən “Təşəkkürnamə”lər təqdim olunub.

Xəbər lenti