Logo

Nazirliyin idarə rəisi nöqsanlara görə işdən çıxarılıb

30.01.2023 13:42 445 baxış
IMG

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Bakı Regional İdarəsinin rəisi Azər Namazovun dövlət qulluğuna xitam verilib.

"Tehsil.biz"in "Report"a istinadən məlumatına görə, bununla bağlı müvafiq qərar qəbul olunub.

Belə ki, Azər Namazovun İdarə rəisi kimi tarixi mədəniyyət abidələrinin qorunması sahəsindəki fəaliyyətində yol verdiyi nöqsanlara görə dövlət qulluğunda fəaliyyətinin müddəti uzadılmayıb və tutduğu vəzifədən azad edilib.

Xəbər lenti