Logo

Türkiyənin Gəncə şəhərinə yeni təyin olunan Baş konsulu ADAU-da olub

30.01.2023 10:37 274 baxış
IMG

Türkiyə Respublikasının Gəncə şəhərinə yeni təyin olunan Baş konsulu Recep Öztop Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) olub.

Bu barədə "Tehsil.biz"ə ADAU-dan məlumat verilib.

Bildirilib ki, qonaqla görüşən Universitetin rektoru vəzifəsini icra edən Zəfər Qurbanov onu yeni təyinatı ilə bağlı təbrik edib. Aqrar Universitetlə Türkiyə Respublikasının ali təhsil müəssisələri arasındakı sıx əlaqələrdən və davam edən layihələrdən danışan Z.Qurbanov bundan sonra bu münasibətlərin inkişaf edəcəyinə əminliyini ifadə edib. Sonra ADAU-nun maddi-texniki bazası, Tədris-təcrübə təsərrüfatı və beynəlxalq əlaqələri barədə ətraflı məlumat verib.

Baş konsul bu günədək həyata keçirilən layihələrdən məmnunluğunu ifadə edib. Bildirib ki, Aqrar Universitet ilə Türkiyənin Gəncədəki Baş konsulluğunun sıx əməkdaşlıq əlaqələri bundan sonra da yüksələn xətt üzrə davam edəcək.

Sonra perspektivdə olan bir sıra məsələlər müzakirə olunub.

Xəbər lenti