Logo

TKT imtahanlarına qeydiyyat davam edir

30.01.2023 09:44 390 baxış
IMG

Dövlət İmtahan Mərkəzi (DİM) ingilis dili müəllimləri üçün bilik və bacarıqları beynəlxalq səviyyədə təsdiq edən TKT (Teaching Knowledge Test) kvalifikasiyasının modulları üzrə imtahan təşkil edir.

Bu barədə "Tehsil.biz"ə DİM-dən məlumat verilib.

Bildirilib ki, aşağıdakı TKT modulları üzrə imtahanlar təklif edilir:

-TKT Modul 1

-TKT Modul 2

-TKT Modul 3

-TKT Modul YL (azyaşlı öyrənənlərə dilin tədrisi)

-TKT Modul CLIL (dilin məzmunla inteqrativ tədrisi)

İmtahan aprelin 29-da keçiriləcək. Qeydiyyat martın 13-dək aparılacaq.

Xatırladaq ki, DİM Kembric Universiteti Nəşriyyat və Qiymətləndirmə qurumunun rəsmi test mərkəzlərindən biri olaraq Cambridge English Qualifications (Kembric ingilis dili kvalifikasiyaları), Cambridge English Teaching (Kembric ingilis dilinin tədrisi) və LinguaSkill imtahanlarını təşkil edir.

Qeydiyyat üçün DİM- in saytındakı linkə daxil olmaq mümkündür. Əlavə məlumat üçün [email protected]  elektron poçtuna yaza bilərsiniz.

Xəbər lenti