Logo

“Google” mətni musiqiyə çevirən süni intellekt yaratdı

29.01.2023 20:51 321 baxış
IMG

"Google GitHub" istifadəçinin mətn sorğuları əsasında bütöv musiqi kompozisiyaları yaratmağa qadir olan "MusicLM" neyron şəbəkəsini təqdim edib.

Tehsil.biz xarici KİV-ə istinadən xəbər verir ki, neyron şəbəkəsi təlim üçün audio fayllarının ümumi müddəti 280 min saat olan media kitabxanasından istifadə edir.

"MusicLM"in həm musiqi alətləri kimi xüsusi siyahı əsasındakı sorğularından, həm də əhval-ruhiyyənin və ya hisslərin mücərrəd təsvirlərindən kompozisiyalar yarada bildiyi deyilir.

Neyron şəbəkənin imkanlarının nümayişi olaraq "Google" təqdimatda onlarla trek nümayiş etdirib.

"Google" yeni alətini ictimaiyyətə təqdim etməyi planlaşdırmır. Buna səbəb olaraq müəllif hüquqlarının pozulması imkanı göstərilir.

Xəbər lenti