Logo

Harvard Universitetinin professoru "Yeni çağırışlar"da

29.01.2023 16:04 308 baxış
IMG

8 fevral saat 19.00-da “Yeni çağırışlar” müzakirə proqramında Harvard Universitetinin professoru, məşhur tədqiqatçı və elm xadimi Emiliana Veyqəs qonaq olacaq.

Tehsil.biz xəbər verir ki, dünya şöhrətli alim ilə təhsil imkanlarının və müəllimlik fəaliyyətinin effektivliyinin artırılması barəsində danışılacaq.

E. Veyqəs Harvarddan əvvəl uzun illər Dünya Bankında çalışıb, təhsil sistemlərinə yönəlmiş tədqiqatlara rəhbərlik edib.  Həmçinin Brookings İnstitutunda Təhsil Mərkəzinin direktoru,  İnter-Amerikan İnkişaf Bankında Təhsil şöbəsinin müdiri olub.

Elm və Təhsil Nazirliyinin dəstəyi və T-Networkün təşkilatçılığı ilə davam edən proqram nazirliyin rəsmi “Facebook” səhifəsi üzərindən Azərbaycan dilində tərcümə ilə Cəfər Mənsiminin təqdimatında canlı yayımlanacaq.

Xəbər lenti