Logo

9 milyard işıq ili uzaqlıqdakı qalaktikadan gələn siqnal aşkarlandı

29.01.2023 14:28 326 baxış
IMG

Alimlər Yerdən 9 milyard işıq ili uzaqlıqda yerləşən başqa bir qalaktikadan gələn siqnal aşkar ediblər.

Tehsil.biz xarici KİV-ə istinadən xəbər verir ki, radio siqnalı Hindistanın Pune şəhərində yerləşən nəhəng teleskop tərəfindən qəbul edilib.

Alimlər bildirir ki, siqnal SDSSJ0826+5630 adlı qalaktikadan yayılır. Həmin qalaktika ulduz əmələ gətirən qalaktikadır. Siqnalın Yerə çatması 9 milyard il çəkib.

Mütəxəssislərin sözlərinə görə radio siqnalı 9 milyard il əvvəl keçmişə baxmağın bir yoludur. Yaxınlıqdakı qalaktikalardan başqa radio siqnalları da aşkarlanıb, lakin bu, indiyədək aşkar edilmiş ən uzaq siqnaldır.

Xəbər lenti