Logo

ADNSU-da “AZİİ Data analitika” mərkəzi yaradılır

28.01.2023 19:19 406 baxış
IMG

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Elmi Şuranın növbəti iclası olub.

Tehsil.biz xəbər verir ki, jclasda rektor Mustafa Babanlı universitetdə aparılacaq struktur dəyişikliklərdən danışıb, rəqəmsal ADNSU layihəsi, 2023-cü il üçün təhsil müəssisəsinin fəaliyyət planı, həmçinin “Layihə menecmenti” ofisinin yaradılması, ADNSU-nun QS reytinqinə hazırlığın vəziyyəti, xarici dil və ixtisas üzrə əlavə sertifikat imkanları barədə məlumat verib.

Qeyd olunan yeniliklər və dəyişikliklər şura üzvləri tərəfindən qəbul olunub.

Sonra Start-UP və İnnovasiya Mərkəzinin fəaliyyəti, “AZİİ Data analitika” mərkəzinin yaradılması barədə məlumat verilib.

Xəbər lenti