Logo

Moskva Milli-Mədəni Muxtariyyəti bəyanat yaydı

28.01.2023 14:24 283 baxış
IMG

Moskva Milli-Mədəni Muxtariyyəti ölkəmizin İran İslam Respublikasındakı səfirliyinə qarşı silahlı hücumu pisləyən bəyanat yayıb.

Bu barədə "Tehsil.biz"ə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib.

Qeyd olunub ki, bəyanatda Azərbaycanın İran İslam Respublikasındakı səfirliyinin təhlükəsizlik xidmətinin rəhbəri Orxan Əsgərovun qətli və səfirliyimizin iki əməkdaşının yaralanması ilə nəticələnən terror aktından dərin narahatlıq duyduqları qeyd olunub, qanlı hadisənin arxasında İran xüsusi xidmət orqanlarının dayandığına diqqət çəkilib.

Soydaşlarımız yerli və beynəlxalq ictimaiyyəti regionumuzda baş verənlərlə bağlı ədalətli mövqe tutmağa, sabitlik əleyhinə yönəlmiş cinayətlərə görə cavabdeh şəxslərin ən qısa zamanda məsuliyyətə cəlb olunması üçün əməli addımlar atmağa çağırıb.

Xəbər lenti