Logo

UFAZ tələbələri Avropa İttifaqı Kosmik Proqramlar Agentliyinin xüsusi mükafatını qazanıb

28.01.2023 12:03 420 baxış
IMG

Azərbaycan-Fransız Universitetinin (UFAZ) tələbələri “ActInSpace” kosmik texnologiyalar hakatonunda Avropa İttifaqı Kosmik Proqramlar Agentliyinin (EUSPA) xüsusi mükafatını qazanıblar.

Bu barədə "Tehsil.biz"ə UFAZ-dan məlumat verilib.

Bildirilib ki, UFAZ-ın “Nexus” komandası EUSPA-nın xüsusi mükafatına layiq görülüb. Mükafat komandaya fevralın 14-də Fransanın Kann şəhərində “ActInSpace” hakatonunun finalı zamanı təqdim olunacaq. EUSPA mükafatı sabahın innovatorlarını bərpaolunan enerji mənbələrinə keçidi dəstəkləyən məhsul və xidmətləri inkişaf etdirməyə çağırır.

Ömər Nuruzadə, Emin Xəlifəyev, Gülər İsmayılova, Sənan Çaharkamə və Araz Şəfiyevin üzərində işlədiyi layihə iqlim dəyişikliyinə təsirin azaldılması üçün təyyarələrin buraxdığı qazların 50 faiz azaldılması istiqamətindədir.

Xəbər lenti