Logo

BSU rektoru “Rimar Academy” nümayəndələri ilə görüşüb - FOTO

28.01.2023 11:00 323 baxış
IMG

Yanvarın 27-də Bakı Slavyan Universitetinin (BSU) rektoru Anar Nağıyev Türkiyənin “Rimar Academy” təhsil və tədqiqat mərkəzinin müdiri Amir Kaplan, Elmi Komitənin sədri Dr. Osman Türk ilə görüşüb.

Tehsil.biz xəbər verir ki, qonaqları salamlayan rektor BSU-nun tarixi və fəaliyyəti haqqında geniş məlumat verib. O, qeyd edib ki, universitet hazırda üç əsas istiqamət- müəllimlik, beynəlxalq münasibətlər, tərcüməçilik olmaqla, digər sahələr üzrə yüksəkixtisaslı kadr hazırlığı həyata keçirir. 

Anar Nağıyev, həmçinin BSU-nun Türkologiya kafedrası və Türkiyə araşdırmaları tədris mədəniyyət mərkəzinin fəaliyyətindən söz açıb.

Rektor BSU-da xarici ölkələrin universitetləri ilə ikili əməkdaşlıqların inkişaf etdiyini diqqətə çatdıraraq, xüsusilə, qardaş ölkə Türkiyə ilə daha geniş kontekstdə əməkdaşlıqların qurulmasında maraqlı olduğunu deyib.

“Rimar Academy”-nin müdiri Amir Kaplan, öz növbəsində, səmimi qəbula görə təşəkkür edib. O, “Rimar Academy”-nin fəaliyyət istiqamətləri, əməkdaşlıq etdiyi universitetlər barəsində məlumat verib.

Görüşdə ortaq akademik layihələrin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. 

Əməkdaşlıq məsələlərinin inkişafı ilə bağlı işçi görüşün keçirilməsi müzakirə olunub. Bildirilib ki, mübadilə proqramları tələbələr üçün geniş imkanlar yaradır.

Xəbər lenti