Logo

Səhiyyədə Elmi Tədqiqatların və İnnovasiyaların Təşviqi Konfransı keçirilib - FOTO

28.01.2023 10:05 238 baxış
IMG

Yanvarın 27-də Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) Səhiyyədə Elmi Tədqiqatların və İnnovasiyaların Təşviqi Konfransı keçirilib.

Tehsil.biz xəbər verir ki, tədbirdə giriş sözü ilə çıxış edən İSİM-in direktor müavini Rahib Məmmədov bildirib ki, müasir dövrdə qarşıda duran ən aktual məsələlərdən biri milli səhiyyə sisteminin bütün səviyyələrində inkişafın innovativ yönümlü olması, innovasiyaları stimullaşdırmaq üçün yanaşmaların, elmi tədqiqatların hazırlanması və təşviqidir.

İSİM-in Səhiyyə siyasəti və planlaşdırma şöbəsinin müdiri Nabil Seyidov elmi tədqiqatların təşviqi proqramı: məqsəd və vəzifələr, o cümlədən klinik tədqiqatların təşkili və GCP sertifikasiya barədə geniş təqdimatla çıxış etdi, İSİM tərəfindən həyata keçirilən sorğu və tədqiqatlar haqqında ətraflı məlumat verib.

2022-ci ildə Azərbaycanda aparılan Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Avropa üzrə Regional Ofisinin Uşaqlarda Piylənməyə Nəzarət Təşəbbüsü (COSI) tədqiqatı ilə bağlı çıxış edən İSİM-in İlkin səhiyyə və ailə təbabəti şöbəsinin müdiri Lütfi Qafarov uşaqlar arasında artıq çəki və piylənmənin risk amillərinin öyrənilməsinin əhəmiyyətini vurğulayıb.

İSİM-in əməkdaşı Səbinə Babazadə çıxış edərək, ÜST-nin qəbul etdiyi metodologiya üzrə Azərbaycanda keçirilən “Məktəbyaşlı uşaqlar arasında sağlamlıq vərdişlərinin öyrənilməsinə dair sorğu” (HBSC) və onun nəticələri barədə konfrans içtirakçılarına məlumat verib.

Daha sonra xarici ekspertlərin “Zoom” platforması üzərindən onlayn məruzələri dinlənilib. ÜST-nin Regional Ofisinin nümayəndəsi Dr. Mark Katz “Tədqiqatlar nəyə görə lazımdır?”, Dr. Ceyson Maknayt “Beynəlxalq jurnallardakı nəşrlərdə uğur qazanmaq üçün məsləhətlər” mövzusunda çıxış etdilər. Digər xarici ekspertlər Dr. Ceyson Doran “Kommunikasiya araşdırması”, Dr. Madelin Rocas “Vaksin effektivliyi: konsepsiya və analiz” mövzularında danışıblar.

Xəbər lenti