Logo

UNEC-də daha bir yenilik

27.01.2023 20:22 298 baxış
IMG

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) daha bir yenilik Assistentlik institutunun yaradılmasıdır.

UNEC-dən "Tehsil.biz"ə bildirilib ki, kafedralarda fəaliyyət göstərən laborantları artıq assistent və icraçı assistentlər əvəz edəcək. İcraçı assistentlər gələcək müəllim bazasının formalaşmasında mühüm rol oynayacaq.

Bundan əlavə, UNEC-də Ömürboyu təhsil mərkəzi fəaliyyətə başlayıb. Kommersiyayönümlü fakültə olan mərkəzdə müxtəlif ixtisaslar və peşə təhsilləri üzrə kurslar, təlimlər və mütəxəssis hazırlığı aparılır.

Xəbər lenti