Logo

19 min nəfər bazar günü imtahana necə gedəcək? - NARAZILIQ

23.02.2021 10:40 1018 baxış
IMG

Həftəsonu ictimai nəqliyyatın işləməməsi, metronun isə artıq çoxdan bağlı olmas daha bir problemi ortaya qoyub. Bele ki, Dövlət İmtahan Mərkəzi 28 fevralda magistraturaya qəbul imtahanı keçirəcək. Bu isə 19 mindən artıq bakalavrın imtahana necə gedəcəyi problemini yaradıb.

 

Tehsil.biz xəbər verir ki, təhsil eksperti Kamran Əsədov məsələyə münasibət bildirib:

 

"19 mindən artıq bakalavr sənəd verib, imtahanda iştirak edəcək. İndi bu qədər insan imtahana necə gedəcək? Tutalım getdi, telefonla imtahanda iştirak edə bilməz. Gərək telefonu saxlamağa özü ilə bir də əlavə şəxs aparsın. Taksi çıxış yolu deyil. Çünki adi şənbə və bazar günləri taksi tapmaq mümkün deyil. Çünki imtahanda telefonu saxlamaq üçün yer olmur".

 

Ekspert müvafiq qurumun bu şənbə və bazar günləri ictimai nəqliyyatın işləməsi üçün müraciət edəcəyini gözləyir:

 

"Mütləq şəkildə bu həftənin şənbə və bazar günləri ictimai nəqliyyat işləməlidir".

 

Məsələ ilə bağlı Dövlət İmtahan Mərkəzindən Tehsil.biz-in sorğusuna cavab olaraq bu barədə hər hansısa addımın atılması planının olmaması bildirildi.

 

Bakı Nəqliyyat Agentliyindən Tehsil.biz-ə verilən məlumata görə isə həftəsonu ictimai nəqliyyatın işləməməsi məsələsinə Nazirlər Kabineti qərar verdiyinə görə, bu problemin həllini də yalnız Nazirlər Kabineti tapa bilər.

Xəbər lenti