Logo

Cari tədris ilində 5655 tələbə təhsil krediti əldə edib

27.01.2023 18:23 252 baxış
IMG

Cari tədris ilinin payız sessiyasında təhsil tələbə krediti (TTK) almaq üçün müraciət edənlərin statistikası açıqlanıb.

Təhsil Tələbə Krediti Fondundan "Tehsil.biz"ə bildirilib ki, bu günə qədər 7679 tələbə kredit almaq üçün müraciət edib. Onlardan 488 nəfərin müraciəti natamam olub, 412 nəfərin müraciəti emal mərhələsindədir. Habelə 1052 nəfərin müraciətinə imtina cavabı verilib, 72 nəfərin müraciəti isə banka yönləndirilib.

Payız sessiyası üzrə 5655 nəfərə TTK verilib.

Onların arasından 2162 nəfərin müraciəti sosial TTK, 3493 nəfərin müraciəti isə standart TTK olaraq rəsmiləşdirilib.

Xəbər lenti