Logo

BDU-nun İctimai Nəzarət Şurasının üzvləri imtahan sessiyasının gedişini izləyiblər - FOTO

27.01.2023 13:33 395 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) İctimai Nəzarət Şurasının üzvləri və KİV nümayəndələrinin iştirakı ilə payız semestrinin imtahan sessiyasının gedişatı izlənilib.

Tehsil.biz xəbər verir ki, qonaqlara sessiyanın təşkili barədə məlumat verilib. Bildirilib ki, BDU-da yanvarın 5-dən başlayan 2022-2023-cü tədris ilinin payız semestrinin imtahan sessiyası fevralın 3-dək davam edəcək. Bu gün qrup üzrə tələbə imtahan verir.

Sessiyanın gedişinə operativ nəzarət, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı təmin etmək məqsədilə İmtahan Qərargahı və Apelyasiya Komissiyası yaradılıb. Komissiya sessiya müddətində imtahanların gedişi ilə əlaqədar ərizə, təklif və Təhsil Nazirliyinin "Qaynar xətt"i vasitəsilə daxil olmuş şikayətlərin araşdırılmasını təmin edir.

Sonra İctimai Nəzarət Şurasının üzvləri və KİV nümayəndələri ayrı-ayrı auditoriyalarda imtahan prosesini müşahidə edib, tələbələrin imtahanların gedişinə münasibətləri ilə maraqlanıblar.

Xəbər lenti