Logo

Yol qəzasında yaralanan məktəbli xəstəxanada öldü

27.01.2023 11:28 1081 baxış
IMG

Yanvarın 13-ü Mingəçevir şəhəri Samux küçəsində baş vermiş yol qəzası zamanı yaralanan 13 yaşlı Turan Rəsulzadə xəstəxanada vəfat edib.

"Tehsil.biz"in əldə etdiyi məlumata görə, T.Rəsulzadə Mingəçevir şəhər Y.Muradov adına 11 nömrəli tam orta məktəbin şagirdi olub. O, 8-ci sinifdə təhsil alırmış.

Qeyd edək ki, yanvarın 13-də Mingəçevir şəhəri Samux küçəsində Əhmədov Əhməd Heybətqulu oğlunun idarə etdiyi “QAZ - 31” markalı avtomobillə Hətəmov Ülvi Cəmşid oğlunun idarə etdiyi “Mercedes- Benz C” markalı avtomobil toqquşmuş, nəticədə “Mercedes-Benz C” markalı avtomobildə olan 2009-cu il təvəllüdlü Rəsulzadə Turan Vüsal oğlu ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilmişdi.

Həkimlərin səyinə baxmayaraq Turanın həyatını xilas etmək mümkün olmayıb..

Faktla bağlı cinayət işi başlanılıb.

Fəqan Əzimli

Xəbər lenti