Logo

Tələbələr üçün kibertəhlükəsizlik sahəsində təlim keçiriləcək

26.01.2023 22:23 283 baxış
IMG

Dövlət Gömrük Komitəsinin Akademiyası, Coders Azerbaijan və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Technest Təqaüd proqramının birgə təşkilatçılığı ilə “Winter Cyber Security Camp” layihəsi təşkil ediləcək.

Tehsil.biz xəbər verir ki, layihə çərçivəsində Akademiyanın tərəfdaşı, kibertəhlükəsizlik sahəsində tanınmış Karmasis şirkəti Azərbaycanda ilk dəfə Dövlət Gömrük Komitəsinin Akademiyasının tələbələrinə kibertəhlükəsizlik sahəsində təlim keçəcək.  1-14 fevral tarixlərini əhatə edən kamp çərçivəsində iştirakçılar intensiv tədrisdə iştirak edərək həm nəzəri, həm də praktiki bilik və bacarıqlar qazanacaq və təlimin sonunda qruplar şəklində layihə hazırlayıb təqdim edəcəklər.

Kampda tələbələr hücum və müdafiə xarakterli kibertəhlükəsizlik bacarıqlarına (Foundations, Security Essentials, Red Team və Blue Team) yiyələnəcəklər. Həm Azərbaycan, həm də xarici dillərdə təşkil olunacaq təlimlərdə iştirakçılar sistemlər, şəbəkələr, proqramların monitorinqini və təhlükəsizliyini təmin edərək kiber hücumlara cavab verməyi öyrənəcəklər.

Qeyd edək ki, 20 ildir kiber təhlükəsizliyin ən kritik nöqtələrində fəaliyyət göstərən Karmasis

2022-ci ildə Azərbaycanda da fəaliyyətə başlayıb. Karmasis Türkiyənin üç böyük telekommunikasiya şirkətinin texnoloji həll ortağı və bir çox qurumlarda müvəffəqiyyətini sübut bir Türk texnologiya istehsalçısıdır. Şirkət bu sahədəki bilik və bacarıqların paylaşılması və yalnız Türkiyənin deyil Azərbaycanın da kibertəhlükəsizlik sahəsində dünya markalarının yaradılması istiqamətində də fəaliyyət göstərir.

Xəbər lenti