Logo

Startapçı tələbələr Koreyanın beynəlxalq proqramında iştirak hüququ qazanıblar

26.01.2023 20:58 303 baxış
IMG

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) İBİ mərkəzinin rezidentləri, startapçı Nigar Novruzzadə və Rəvan Quluzadə Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi tərəfindən keçirilən "Capacity Building" proqramında iştirak hüququ qazanıblar.

Universitetdən "Tehsil.biz"ə bildirilib ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təşkilatçılığı ilə keçirilən proqramda iştirak etmək üçün AzMİU-nun müəllim və tələbə heyətindən 38 nəfər qeydiyyatdan keçib. Startapçı tələbələrlə yanaşı, qeydiyyatdan keçən müəllim heyətindən Könül Ağayeva, Nəsibə Əmirbəyova, Xanlar Qəniyev, Tükəzban Həsənova, Günel İmanquliyeva və Fidan Məmmədova da proqramda iştirak hüququ qazanıblar.   

Qeyd edək ki, Azərbaycan üzrə bu proqramda, ümumilikdə 40 nəfər iştirak edəcək.

Xəbər lenti