Logo

Azərbaycanın Misirdəki səfiri Elxan Poluxov BDU-da olub

26.01.2023 18:59 310 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsində Azərbaycanın Misirdəki səfiri Elxan Poluxovla görüş olub.

Bu barədə "Tehsil.biz"ə BDU-dan məlumat verilib.

Bildirilib ki, görüşdə Şərqşünaslıq fakültəsi ilə Misir universitetləri arasında əməkdaşlıq barədə müzakirələr aparılıb.

Müzakirə zamanı Şərqşünaslıq fakültəsinin dekanı Aydan Xəndan son illər fakültədə həyata keçirilən yeniliklər və kadr hazırlığı haqqında məlumat verib, ərəb ölkələri ilə əlaqələrin yaradılmasının əhəmiyyətini vurğulayıb.

Səfir Elxan Poluxov Azərbaycanla Misir arasında təhsil əlaqələrinin genişləndirilməsinə önəm verildiyini bildirib.

Sonra Şərqşünaslıq fakültəsi ilə Misir universitetləri arasında ortaq tədqiqatların aparılması, birgə elmi seminar, ustad dərslərinin təşkili, xüsusilə də ərəb dilinin tədrisində təcrübə mübadiləsi məsələləri müzakirə edilib.

Xəbər lenti