Logo

Respublika İncəsənət Gimnaziyasında əyani tədris dayandırılıb

23.02.2021 09:41 639 baxış
IMG

Respublika İncəsənət Gimnaziyası koronavirusa görə bağlanıb.

 

Tehsil.biz xəbər verir ki, buna səbəb təhsil müəssisəsində müəllim və şagirdlər arasında koronavirus infeksiyasının yayılmasıdır.

 

Belə ki, bir neçə gün əvvəl sinif müəllimlərindən birinin ailəsində, sonra özündə koronavirus aşkarlanıb. Daha sonra gimnaziyanın bir neçə müəllim və şagirdi də virusa yoluxub. Ona görə də Respublika İncəsənət Gimnaziyasında dərslər dayandırılıb. Valideynlərə bildirilib ki, əyani dərslər martın 9-dək təxirə salınır.

 

Dərslər distant formada davam etdiriləcək.

 

Qeyd edək ki, bundan əvvəl 82 saylı tam orta məktəbdə də anoloji vəziyyət baş vermişdi.

Xəbər lenti