Logo

“Sabahın alimləri” müsabiqəsinə müraciət edən şagirdlərin NƏZƏRİNƏ

26.01.2023 11:55 286 baxış
IMG

“Sabahın alimləri” XII respublika müsabiqəsi çərçivəsində fevralın 13-15-də Bakıda keçiriləcək sərgiyə buraxılan layihələr artıq seçilib.

Təhsil İnstitutundan "Tehsil.biz"ə bildirilib ki, müsabiqədə iştirak edən ümumtəhsil müəssisələrinin IX-XI siniflərində təhsil alan şagirdlərin 8 istiqamət (riyaziyyat, fizika və astronomiya, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya və ətraf mühitin idarə olunması, mühəndislik, kompüter elmləri) üzrə elmi-tədqiqat işləri müəyyənləşdirilmiş meyarlara uyğun olaraq qiymətləndirilib. Qiymətləndirmə “Sabahın alimləri” müsabiqəsinin 8 sahə mütəxəssisindən ibarət Elmi Ekspertiza Komitəsi tərəfindən aparılıb.

Final mərhələyə dəvət alan şagirdlərin elektron poçt ünvanlarına ətraflı məlumat göndəriləcək.

Xəbər lenti