Logo

BDU-da nüvə elmi və texnologiyaları mövzusunda ustad dərsi

22.02.2021 20:25 554 baxış
IMG

Pakistan İslam Respublikasının Qulam İshak Xan adına Elm və Texnologiyalar İnstitutunun professoru Bahodir İrqaziyev Bakı Dövlət Universitetində (BDU) Fizika fakültəsinin professor-müəllim heyəti, gənc tədqiqatçıları və tələbələrı, eləcə də Fizika Problemləri ETİ-nin əməkdaşları üçün “Nüvə elminin və texnologiyalarının əlifbası” mövzusunda onlayn ustad dərsi keçib.

 

Professor B.İrqaziyev dünyada nüvə sahəsində tanınmış alimdir. Moskva Dövlət Universitetininin aspuranturasını bitirdikdən sonra uzun müddət Dubnada Birləşmiş Nüvə Tədqiqatları İnstitutunda çalışıb. Hazırda Pakistanda nüvə tədqiqatları ilə məşğul olur.

 

Professor B.İrqaziyev onlayn dərsdə nüvə fizikasının bir elm kimi təşəkkül tapmasından danışaraq, elmin inkişafı nəticəsində dünyanın fiziki mənzərəsində baş verən dəyişikliklər, antik dövr və müasir elmdə mövcud yanaşmalar barədə ətraflı məlumat verib. Qeyd edib ki, ən sadə obyektlərin və anlayışların axtarışları yolunda fizika elmi getdikcə daha tez-tez mürəkkəb qanunauyğunluqlarla, daha çox eksperimental metodika ilə rastlaşır. Elmin yüksək səviyyədə inkişafı nəticəsində müasir yanaşmada dünyanın əsasını təşkil edən elementlər daha incəliklə müəyyən edilir.

 

Onlayn ustad dərsinə qoşulan BDU-nun rektoru Elçin Babayev B.İrqazıyevə məzmunlu mühazirəsinə görə təşəkkür edərək gələcəkdə belə dərslərin keçirilməsinin vacibliyini qeyd edib.

 

Ustad dərsində professor B.İrqaziyev dinləyicilərin mövzu ilə bağlı suallarını cavablandırıb.

Xəbər lenti