Logo

UNEC-in məcburi köçkün statusu olan əməkdaşları və tələbələri sorğuda iştirak edirlər

22.02.2021 19:20 597 baxış
IMG

Qarabağa qayıdışın effektiv təşkili məqsədilə məcburi köçkünlər arasında sorğu keçirilir.

 

Qarabağa qayıdışın effektiv təşkili məqsədilə məcburi köçkünlər arasında sorğu keçirilir. Sorğuda UNEC-in məcburi köçkün statusu olan əməkdaşları və tələbələri də iştirak edirlər.

 

Sorğunun nəticələri işğaldan azad olunmuş ərazilərimizin bərpası və qayıdışın planlaşdırılması zamanı nəzərə alınacaq. Dövlət sifarişi əsasında, müxtəlif elmi-tədqiqat və tədris müəssisələrini təmsil edən və müstəqil qrup kimi fəaliyyət göstərən alimlər tərəfindən aparılan sorğu materialları, o cümlədən respondentlərin şəxsi məlumatları və cavabları məxfi qalacaq.

 

Sorğuya keçid üçün:

https://sorgu.ada.edu.az/

Xəbər lenti