Yanvarın 24-də Xəzər Universiteti və Təhsil Tələbə Krediti Fondu arasında memorandum imzalanıb.
Tehsil.biz xəbər verir ki, görüşdə Xəzər Universitetinin rektoru İradə Xəlilova, Tədris və Tələbə işləri üzrə prorektor Məhəmməd Nuriyev, Qəbul şöbəsinin müdiri Lamiyə Xəlilova, Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri Araz Paşayev, Təhsil Müəssisələri ilə İş şöbəsinin müdiri Turanə Kərimova, Təhsil Müəssisələri ilə İş şöbəsinin aparıcı mütəxəssisi Ağca Məmmədova, İnsan Resursları üzrə mütəxəssis Fatimə Abdullayeva iştirak ediblər.
TTK Fondunun nümayəndələri Fondun tələbələrə təklif etdiyi kreditlər, müraciət qaydaları, ödəmə şərtləri haqqında məlumat verib.
Görüşdə Xəzər Universiteti və Təhsil Tələbə Krediti Fondu arasında mümkün əməkdaşlıqlar müzakirə olunub.
Memorandum imzalanması ilə başa çatan görüşdə xatirə şəkli çəkilib.
